Türkiyədə FETÖ-yə qarşı 10 vilayətdə eyni vaxtda həyata keçirilən “Kıskaç-4” əməliyyatları çərçivəsində 32 şübhəli ələ keçirilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
Yerlikayanın sözlərinə görə, barələrində istintaq aparılan FETÖ üzvləri ələ keçməmək və həbs edilməmək üçün təşkilata kömək edən şəxslərin adlarına evlər kirayə götürüblər və bu evlərdə qrup halında yaşayıblar.
Həmçinin əməliyyat zamanı çoxlu sayda xarici valyuta, qızıl və Türkiyə lirəsi, tapança və rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.
1️⃣0️⃣ İlde FETÖ’ye yönelik eş zamanlı olarak gerçekleştirilen “KISKAÇ-4” Operasyonlarında 3️⃣2️⃣ şüpheli Yakalandı❗️
Milli İrademize Darbe Yapmaya Yeltenen FETÖ’cülerle Mücadelemiz Kararlılıkla Devam Edecek❗️
❌Emniyet Genel Müdürlüğü Terörle Mücadele Daire Başkanlığı… pic.twitter.com/hBGlhK8b3F
— Ali Yerlikaya (@AliYerlikaya) January 17, 2024
www.102info.az