Ramil Şeydayev “Kocaelispor” futbol klubu ilə müqavilə imzalayıb

Dünya


Ramil Şeydayev bu gün Türkiyənin “Kocaelispor” futbol klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Məlumata görə, klubun inzibati binasında keçirilən imza mərasimində prezident Engin Koyun, menecerlər Selçuk Kösemen və Mövlut Ağra iştirak edib.

“Ramil bizim üçün əhəmiyyətli bir transfer oldu. Azərbaycanın önəmli oyunçusunu komandamıza qatdıq. Düşünürəm ki, Ramil vuracağı qollarla çempionata ciddi töhfə verəcək. Cəmiyyətimiz üçün faydalı olsun”, – deyə imzalanma mərasimində çıxış edən prezident Engin Koyun bildirib.

Mənbə: ozgurkocaeli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir