Türkiyənin Kocaeli şəhərini “duman dənizi” bürüyüb.
Havanın temperaturunun 11 dərəcə olduğu şəhəri qatı duman bürüyüb. Bütün şəhərə yayılan duman nəticəsində görmə məsafəsi azalıb.
Samanlı dağlarının 1 640 metr yüksəklikdəki zirvəsi Kartepeyə getmək istəyənlər dumanın içindən keçərək bölgəyə çatıblar. Dağların ətəklərinə baxanlar qarlı zirvələrin arxasındakı İzmit körfəzi və Sapanca gölünün “duman dənizi” ilə örtüldüyünü görüblər.
Sakinlər bu əsrarəngiz mənzərəni lentə alıblar.
Mənbə: Anadolu
www.102info.az