Türkiyəli astronavtın kosmik səyahəti təxirə salındı

Dünya


Türkiyəli astronavtın Alper Gezeravcının kosmik səyahəti təxirə salınıb.

Bu barədə ölkənin sənaye və texnologiya naziri Fatih Mehmet Kaçır açıqlama verib.

“İlk astronavtımız Alper Gezeravcının da iştirak edəcəyi buraxılış təxirə salınıb. Proses ertəsi gün – 19 yanvar 2024-cü il saat 00:49 (Türkiyə vaxtı ilə) baş tutacaq. Bu müddət ərzində buraxılış öncəsi texniki yoxlamaların tamamlanması planlaşdırılır. Astronavtımızın bu tarixi missiyanı uğurla yerinə yetirməsini səbirsizliklə gözləyirik”, – o bildirib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir