Pakistanla İran arasında gərginlik PİK HƏDDƏ: Ölümcül cavab zərbələri endirildi – VİDEO

Dünya


Pakistan İran ərazisinə raket zərbələri endirib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, hücumda məqsəd İranda yerləşən anti-Pakistan terror qruplaşmalarının sığınacaqları olub.

İranın Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışlarda üç qadın və dörd uşaq olmaqla yeddi nəfərin öldüyünü bildirib. Ölənlərin heç biri İran vətəndaşı olmayıb.

Xatırladaq ki, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla sərhəddə yerləşən Bəlucistan əyalətinə ballistik raket və pilotsuz təyyarələrlə hücum edib. Hücum nəticəsində iki uşaq ölüb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir