Fransanın “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema Səudiyyə Ərəbistanında Fransanın daxili işlər naziri Cerald Darmaninin hücumçunun terror təşkilatı ilə əlaqəsi barədə söylədiyi sözlərə görə təhdidlərə məruz qalıb.
Bu barədə futbolçunun vəkili Hyuq Vijye məlumat verib.
“Nazirin açıqlamalarının ciddi nəticələri var. Nazirin Kərim Benzemanın terror təşkilatı ilə əlaqəsi olduğunu söylədikdən sonra onu işlədiyi Səudiyyə Ərəbistanında təhdid edirlər. O, nifrət mesajları alır”, – deyə vəkil bildirib.
Qeyd edək ki, yanvarın 17-də məlum olub ki, Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini futbolçunun “Müsəlman Qardaşlar” hərəkatı ilə əlaqəsi barədə söylədiyi sözlərə görə məhkəməyə verib.
Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk edib. O, “Əl-İttihad”ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O, həmçinin məzuniyyətdən sonra komandanın iclasına getməyib və komandadan uzaqlaşdırılıb.
Mənbə: gazeta.ru
www.102info.az