Ekvador polisi və silahlı qüvvələri həbsxanalarda iğtişaşların başlamasından bəri 1 975 şübhəlini saxlayıb.
Bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.
“2024-cü il yanvarın 9-dan 17-nə kimi 1 975 nəfər saxlanılıb, onlardan 158-i terrorizmdə şübhəli bilinir”, – deyə administrasiyanın “X” hesabında bildirilib.
Cinayətkarlıqla mübarizə əməliyyatlarında 20 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib, bu əməliyyatlar zamanı 700-dən çox odlu silah, 500-ə yaxın partlayıcı qurğu və altı tondan çox narkotik maddə götürülüb.
Girovluqdan azad edilən polis və islah müəssisələrinin əməkdaşlarının sayı dəyişməyib – onların sayı hələ də 212 nəfərdir.
Mənbə: TASS
www.102info.az