Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsini dağıtması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, məntəqədə xeyli sayda fransız hərbçilərin olduğu üzə çıxıb.
Bu barədə nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda onlarla fransızın olduğu xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, – diplomat qeyd edib.
Mənbə: TASS
www.102info.az