Türkiyədə Yunanıstana qaçmağa çalışan keçmiş polis rəisləri sərhəddə ələ keçirildilər

Dünya


Türkiyənin Edirne vilayətində keçmiş polis rəisləri qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədikləri zaman sərhəddə ələ keçiriliblər.

Məlumata görə, təhlükəsizlik qüvvələri Meriç rayonunun Alibey kəndi yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında apardıqları yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən bir qrupu aşkar ediblər.

Saxlanılan şübhəlilərin FETÖ üzvü olduğu üçün axtarışa verilən keçmiş polis rəisləri olduqları məlum olub.

Barələrində azadlıqdan məhrumetmə cəzası olan şübhəlilər saxlanılıb və jandarmada onlarla bağlı əməliyyatlar davam edir.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir