Şamil Ayrım: “20 Yanvar 1990-cı ildə bütün Türkiyənin ürəyi Azərbaycan üçün vururdu”

Dünya


“20 yanvar 1990-cı il faciəsindən sonra Türkiyədə Azərbaycanla həmrəylik nümayiş etdirən aksiyalar keçirilib. Qardaşımızın acısını, bizlər də ürəyimizdə hiss etdik”.

Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım “Report”a açıqlamasında bildirib.

20 Yanvar şəhidlərini qəhrəman adlandıran millət vəkili deyib ki, vətəni, milləti və azadlığı üçün ölümün üzərinə getməklə onlar Azərbaycanın müstəqilliyinin bərpasına nail olublar: “İğdırda 1990-cı il yanvarın 25-də insanlar küçələrə çıxıb, Azərbaycan üçün etiraz aksiyaları keçirdilər. Amma bu, təkcə İğdırda deyildi. İstanbulda, Ankarada da insanlar küçələrə çıxmışdı. O zaman əhali sayımız 45 milyon civarında idi və 45 milyonun da ürəyi Azərbaycan üçün vururdu.

İkinci Qarabağ müharibəsində bütün Türkiyə əhalisinin Azərbaycanla həmrəy olduğu kimi 20 Yanvarda da insanlarda təəssübkeşlik ruhu, əzmi vardı. İkinci Qarabağ müharibəsi bütün dünyaya “hər kəs öz torpağında hüzur içində yaşasın” prinsipini nümayiş etdirməklə yanaşı, Orta Asiya və bütün dünya türklərinə bir oyanış və cəsarət də gətirdi. Odur ki, türk dünyasının parlayan ulduzu olan Türkiyə və Azərbaycanın öndərliyi ilə birlik üçün daha aktiv fəaliyyətə keçməliyik”.

Ş.Ayrım yaxın bir ay ərzində Türkiyənin 30-dan çox şəhidi olduğunu xatırladaraq onların qanının yerdə qalmayacağını da vurğulayıb: “Ölkəmizin birliyi, bərabərliyi üçün canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bunu hər kəs bilsin ki, şəhid qanı yerdə qalmayacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir