Ekvador süni intellektdən istifadə etməklə korrupsiyaya qarşı mübarizə aparacaq

Dünya


Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

Bu barədə respublikanın Baş Nəzarət İdarəsinin rəhbəri Maurisio Torres bildirib.

“Dövlət qulluqçularının bəyannamələrinin təhlili zamanı resursların optimallaşdırılması üçün süni intellektdən istifadə edilməsi planlaşdırılır”, – idarənin “X” hesabında Torresə istinadən məlumat verilib.

Nəzarət idarəsinin rəhbərinin sözlərinə görə, süni intellekt məmurların bəyannamələrində aktivlərin qeyri-adi artımını müəyyən etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Ekvadorda dövlət qurumlarında korrupsiya ilə mübarizəyə yönəlmiş genişmiqyaslı “Metastazlar” əməliyyatı aparılır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir