Kamçatkada zəlzələ baş verib

Dünya


Kamçatkada 5,0 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə mətbuat xidməti məlumat verib.

“Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yanvarın 21-də axşam saatlarında Sakit Okeanda nəzərəçarpacaq seysmik hadisə qeydə alınıb. Zəlzələ Petropavlovsk-Kamçatskdan 124 kilometr şərqdə, 45 kilometr dərinlikdə baş verib. Seysmik hadisənin maqnitudası 5,0 olub”, – məlumatda deyilir.

Bildirilir ki, bölgənin bəzi ərazilərində nisbətən zəif – 3 bal gücündə yeraltı təkanlar hiss olunub. Heç bir dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir