ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarlarının mitinqində bəyan edib ki, zehni qabiliyyətləri baxımından indi özünü 25 il əvvəlkindən daha yaxşı hiss edir.
“Mənə elə gəlir ki, ağlım 25 il əvvəlkindən daha güclüdür. Həqiqətən də belədir”, – 77 yaşlı Tramp bildirib.
O qeyd edib ki, hazırkı prezident Co Baydenin dövründə ABŞ dünyanın qalan hissəsi üçün zibilxanaya çevrilib.
Tramp Baydeni “demokratiya üçün təhlükə” adlandırıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkii 2024-cü ilin noyabrında keçiriləcək.
Mənbə: TASS
www.102info.az