Trendyol Super Liqasının 21-ci həftəsində “Trabzonspor” “Qalatasaray”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”a 5-1 hesabı ilə qalib gəlib.
Həyəcan dolu qarşılaşma Papara Parkda baş tutub. Kritik mübarizədə Abdulkadir Bitigen fit çalıb. Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olub.
“Sarı-qırmızılıların” qollarını 13 və 61-ci dəqiqələrdə Vilfrid Zaha, 64-cü dəqiqədə Kaan Ayhan, 81 və 90-cı dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub. “Trabzonspor” komandasından 79-cu dəqiqədə Enis Destan qola imza atıb.
Bu nəticədən sonra xallarını 54-ə yüksəldən “Qalatasaray” lider “Fənərbağça” ilə xallarını bərabərləşdirib. “Trabzonspor” 37 xalda qalıb.
www.102info.az