“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda oynayan Kriştianu Ronaldunun vaxtilə İngiltərə komandasına keçidi ilə bağlı bəzi detalları gündəmə gətirib.
Onun sözlərinə görə, mankunianlılar PSJ-dən Ronaldinyonu transfer edə bilsəydilər, portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2003-cü ildə “Mançester Yunayted”ə keçməzdi.
“Əslində, Ronaldu ilə müqavilə imzalamaqda bəxtimiz gətirdi, çünki həmin yay Ronaldinyo ilə sövdəmiz baş tutmadığından böyük bir məyusluq vardı. Biz Ronaldinyonu almağa çalışdıq, lakin o, PSJ-dən ayrılmaq qərarına gəldi və “Barselona”ya keçdi. Yadımdadır ki, məşqçi sanki boşluqda idi”, – deyə Ferdinand bildirib.
Mənbə: Championat.ru
www.102info.az