Futbol üzrə İtaliya milli komandasının keçmiş bombardiri Luici Riva 79 yaşında vəfat edib.
O, infarkt keçirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq keçmiş futbolçunu xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub.
O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.
Mənbə: TASS
23:32
İtaliya millisinin bombardiri olan 79 yaşlı Luici Riva infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, Kalyaridəki evində huşunu itirib. Keçmiş futbolçunun oğulları Nikola və Mauro onu xəstəxanaya aparıblar.
Luici hazırda tibb işçiləri tərəfindən müalicə olunur. Eyni zamanda, kardiologiya, hemodinamika və kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tezliklə Rivanın müalicəsi üçün gələcək addımları müəyyənləşdirəcəklər. Bildirilir ki, onun angioplastika əməliyyatına məruz qalması ehtimalı var.
Qeyd edək ki, keçmiş italyan futbolçu millinin heyətində bütün turnirlərdə 42 oyun keçirib və 35 qol vurub ki, bu da komandanın tarixində ən yaxşı nəticədir. Riva 1968-ci ildə İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.
Mənbə: championat.com
www.102info.az