800 rusiyalı hərbçi zərərsizləşdirilib: Ukraynada bitirici hücum hazırlığı – VİDEO

Dünya


Ukraynada müharibə davam edir. 

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 
O bildirib ki, ötən gecə Xarkov, Donetsk, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətləri dron hücumuna məruz qalıb. 

“Onların çoxunun qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da, dağıntılar da olub”, – deyə jurnalist qeyd edib. Məlumatda o da bildirilib ki, Ukrayna ordusu Donetsk vilayətinin müdafiəsində çətinlik çəkir. “Avdiyevka şəhərində 10 aydan çoxdur şiddətli döyüşlər gedir. Hər iki tərəfdən xeyli itkilər var. Təkcə ötən gecə 800 rusiyalı hərbçinin zərərsizləşdirildiyi bildirilir. Ukrayna ordusunun itkiləri isə hələ ki açıqlanmayıb”, – deyə Mübariz Aslanov əlavə edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir