Argentina Prezidenti Xavyer Miley 300-dən çox “şok” islahat hazırladığını bildirib.
Məlum olub ki, söhbət ölkə başçısının hazırladığı qanun və normativ aktlara 300 dəyişiklikdən gedir. Məsələn, onların arasında hər hansı ixrac məhdudiyyətinin qadağan edilməsi, qiymətlərin tənzimlənməsindən imtina, 12 saatlıq iş gününün leqallaşdırılması, analıq və uşağa qulluq məzuniyyətinin azaldılması və s. var.
Bundan başqa, Miley hökumətin müdaxilə etmədiyi bir sıra sənaye sahələrinə (şərab sektoru, turizm, kirayə mənzil bazarı və s.) dair düzəlişlər də edib.
Mənbə: RİA novosti
www.102info.az