Fransada qanunsuz erməni miqrantlar etiraz aksiyası keçirən fermeri öldürüblər – FOTO

Dünya


Fransada etiraz aksiyası keçirən fermerləri vuran avtomobildə Ermənistandan olan qeyri-qanuni miqrantlar olub. İnsident nəticəsində bir nəfər ölüb.

Məlumata görə, qəza törətmiş avtomobildə Ermənistandan olan üç nəfər olub və onlar hadisə yerində saxlanılıblar. Həmin şəxslər 2022-ci ildən qaçqın statusu tələb edirlər, lakin 2023-cü ilin payızında nəhayət ki, rədd cavabı və ölkəni tərk etmək əmri alıblar.

Lakin onlar bu göstərişi yerinə yetirməyiblər.

Hadisə nəticəsində iki qeyri-qanuni mühacir xəstəxanaya yerləşdirilib. Hazırda polis ermənilərin etiraz aksiyası keçirən fermerləri qəsdən vurub-vurmadığını müəyyənləşdirir.

Qeyd edək ki, Fransanın cənubundakı Aryej departamentində N20 şossesində fermerlərin etiraz aksiyası zamanı avtomobil üç nəfəri vurub. Hər üç şəxsin eyni ailənin üzvü olduğu üzə çıxıb. 32 yaşlı qadın yerindəcə keçinib, həyat yoldaşı və 14 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir