İranda avtobusun aşması nəticəsində ölənlər və çoxlu sayda xəsarət alanlar var – FOTO

Dünya


İranda istehsalat şirkətinin işçilərini daşıyan avtobus aşıb.

Yerli mətbuat yazır ki, yol-nəqliyyat hadisəsi Semnan-Mehdişəhr yolunda baş verib.

Qəza nəticəsində iki nəfərin öldüyü, 26 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

Semnan əyalətinin yol polisinin rəisi Musa Maqari bildirb ki, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.

Qəzanın təfərrüatı araşdırılır.

Mənbə: Yjc.ir

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir