Fransanın paytaxtı Parisdə, şəhər meriyasının qarşısında Həmkarlar İttifaqları etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları Yay Olimpiya Oyunlarının ölkələrində keçirilməsinə qarşıdırlar.
Onlar şəhər xidmətinin işçiləri olmadan belə nəhəng tədbirin baş tutmayacağını hökumətin diqqətinə çatdırmaq niyyətindədirlər.
Məsələ burasındadır ki, fransızlara iş vaxtından əlavə işləyəcəklərinə görə üzərində Olimpiya Oyunlarının loqosu olan köynəklərin paylanacağı vəd olunub. Etirazçılar hesab edirlər ki, iş vaxtından artıq işləmək tələbləri onlara qarşı təhqirdir. Onlar etiraz əlaməti olaraq meriyanın qarşısında SSRİ himnini səsləndiriblər.
Mənbə: URA.ru
www.102info.az