“Barselona”nın prezidenti Joan Laporta “Real”ın yarımmüdafiəçisi Cud Bellinqhemi “Madrid” komandası ilə “Almeriya” matçında simulyasiyada ittiham edib.
“Futbol oynayan hər bir kəs üçün vacib olan bir məqam var: Bellinqem qazonda uzanan zaman hakimə baxır, sanki deyir: “Görək onu aldatmışam, ya yox.” Sonra oyun davam edir və qol gəlir, mənim fikrimcə, hər şey qaydalara uyğundur”, – deyə Laporta bildirib.
Xatırladaq ki, “Real” İspaniya Primerasının 21-ci turunun matçında “Almeriya”ya 3:2 hesabı ilə qalib gəlib. Görüş zamanı “Almeriya”nın xeyrinə həll olunmayan üç mübahisəli epizod yaranıb, oyunun baş hakimi Fransisko Xose Hernandes Mayeso qərar vermək üçün videotəkrardan istifadə edib.
Mənbə: Mundo Deportivo
www.102info.az