Son beş ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin şəkildə düşüb.
Bu barədə yerli “Joqovurd” nəşri yazıb.
Məlumata görə, ölkədə son beş ildə jurnalistlərə qarşı təzyiqlər artıb. Bu təzyiqlər o qədər çoxdur ki, bəzi media orqanları və ayrı-ayrı jurnalistlər özünü müdafiə etmək üçün məhkəmə sisteminə və ya jurnalist təşkilatlarına müraciət edirlər.
Qeyd olunub ki, 2023-cü ildə Ermənistanda jurnalistlərə qarşı 36 məhkəmə işi açılıb.
Xatırladaq ki, Söz Azadlığının Müdafiəsi Komitəsinin 2013 və 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisədə əldə olunan nəticə təhqir və böhtanla bağlı işlərin sayının təxminən üç dəfə artdığını göstərir.
www.102info.az