Rusiyanın Tuapse şəhərində yerləşən “Rosneft” zavodunun ərazisində güclü yanğın baş verib.
Məlumata görə, gecə saatlarında neft bazasının ərazisində vakuum qurğusu yanıb. Yanğının sahəsi 200 kvadratmetr olub.
Qeyri-rəsmi məlumatlara görə, yanğın PUA-nın zərbəsindən sonra başlayıb.
Qeyd edək ki, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.
Mənbə: Ura.ru
www.102info.az