“Ukrayna hakimiyyəti Belqorod vilayətində ukraynalı hərbi əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israr etmək niyyətindədir”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında xəbər verib.
Onun sözlərinə görə, Ukrayna hadisənin baş vermə şəraitini aydınlaşdırsa da, eyni zamanda, beynəlxalq araşdırma da tələb edəcək.
Zelenski təyyarə qəzasının Rusiya ərazisində – Kiyevin nəzarətindən kənarda baş verdiyini nəzərə alaraq bütün faktları mümkün olduqca aydın şəkildə müəyyən etməyin zəruriliyini vurğulayıb.
Ukrayna prezidenti, həmçinin Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebaya mövcud məlumatlar barədə tərəfdaşlarına məlumat verməyi tapşırıb.
“Dövlətimiz beynəlxalq araşdırmada israr edəcək”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, yanvarın 24-də göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Rusiyaya aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olan “İl-76” hərbi təyyarəsi Belqorod vilayətində (Rusiya) qəzaya uğrayıb.
www.102info.az