ABŞ Suriyadan qoşunlarını tamamilə çıxarmağı planlaşdırır
Bu barədə məlumatı Pentaqon və Dövlət Departamentindəki mənbələr mətbuata sızdırıb.
İddia olunur ki, Ağ Ev Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda hərbi prioritetlərinə yenidən nəzərdən keçirməyi planlaşdırır.
“Belə mürəkkəb regional böhranın baş verməsi fonunda Co Bayden administrasiyasının bölgədəki hərbi prioritetlərini yenidən nəzərdən keçirməsi təəccüblü olmamalıdır” – nəşr qeyd edir.
Bu məsələ ilə bağlı hələlik yekun qərarın verilmədiyi bildirilir.
Xatırladaq ki, bu gün Birləşmiş Ştatlar mətbuatında ABŞ-nin tezliklə öz hərbi kontingentini İraqdan çıxarılması üçün Bağdadla danışıqlara başlayacağı barədə xəbərlər də dərc olunmağa başlayıb.
Mənbə: Foreign Policy
www.102info.az