Çində 5,7 bal gücündə zəlzələ baş verib.
İki bal gücündə yeraltı təkanlar Qazaxıstanın Alma-Ata və Alma-Ata vilayətinin Talqar şəhərində də hiss olunub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
“Zəlzələnin episentri Çinin ərazisində, Almatı şəhərindən 262 kilometr cənub-şərqdə yerləşir. Onun maqnitudası 5,7 olub”, – deyə məlumatda bildirilib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mənbə: TASS
www.102info.az