Rusiyada kişi iki günü qar uçqunu altında keçirdi: “Avtomobildə qiymətli əşyalarım vardı” – VİDEO

Dünya


Rusiyanın Saxalin vilayətində xilasedicilər qar uçqunu altında qalan avtomobilində iki gün keçirən sakinə kömək ediblər.

“Çox sağ olun. Deyəsən, paylaşım köməyimə yetişdi, məni çıxartdılar. İndi artıq yanacaqdoldurma məntəqəsindəyəm, evə gedirəm. İlk etmək istədiyim şey yuyunmaqdır”, – deyə xilas edilən sakin etdiyi son paylaşımda bildirib.

Qeyd edək ki, daha əvvəl o, sosial şəbəkədə çuxura düşdüyünü və çıxa bilmədiyini yazaraq kömək istəyib. Maşınını tərk etmək istəməyən kişi avtomobilin içində çoxlu qiymətli əşyaların olduğunu bildirib. Yanacağı bitən avtomobilində iki gün gecələyən sakin yemək də yeməyib.

Xatırladaq ki, güclü qar səbəbindən həyatın iflic olduğu Saxalin paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə: “RT na russkom” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir