Türkiyənin “Fənərbağça” klubu “Atletiko Madrid” klubunda çıxış edən Çağlar Söyüncünün transferi üçün İspaniya nəhəngi ilə razılaşma əldə edib.
“Fənərbağça” milli oyunçunu icarəyə götürmək üçün “Atletiko Madrid”lə anlaşıb. Çağlar Söyüncü artıq rəsmi olaraq “Fənərbağça”nın heyətindədir.
Xatırladaq ki, bu yaxınlarda “Fənərbağça” klubunun idarə heyətinin üzvü Selahattin Baki prezident Ali Koçun təlimatı ilə Çağların transferini müzakirə etmək üçün İspaniyanın paytaxtı Madridə uçub.
Mənbə: Haber Global
www.102info.az