ABŞ dövlət katibi Antoni Blinken Ərdoğanın İsveçin NATO üzvlüyünə təsdiqləməsini alqışlayıb.
Bu barədə Blinken sosial media hesabında yazıb.
“Biz Türkiyə prezidenti Ərdoğanın İsveç üçün ratifikasiya protokolunu imzalamasını alqışlayırıq. Sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, – Blinken bildirib.
Xatırladaq ki, yanvarın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini rəsmən təsdiqləyib.
We welcome Turkish President Erdogan’s signature of the Articles of Ratification for Sweden’s @NATO membership. We look forward to receiving the instruments in Washington and welcoming Sweden as NATO’s 32nd Ally. Sweden and the Alliance are stronger together.
— Secretary Antony Blinken (@SecBlinken) January 26, 2024
www.102info.az