Viskonsin ştatında tərəfdarları önündə çıxış edən ABŞ prezidenti Co Bayden çaşaraq Donald Trampı özünün sələfi deyil, professoru adlandırıb.
“Mənim professorum, onun haqqında danışmayacağam, qulaq asın – sələfim fərqli bir kurs seçdi. O, zəngin və böyük korporasiyalar üçün vergiləri azaldaraq, büdcə kəsirinin əhəmiyyətli dərəcədə artımına şərait yaratdı”, – C. Bayden qeyd edib.
Bundan əlavə, ABŞ lideri pandemiya ilə resessiyanı da qarışdırıb:
“Resessiyadan əvvəl…daha doğrusu pandemiyadan əvvəl ABŞ-də 700 milyarder var idi”.
Mənbə: TASS
www.102info.az