Yurgen Kloppun “Liverpul”u tərk edəcəyi rəsmən təsdiqləndi

Dünya


“Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Kloppun İngiltərə klubunu tərk edəcəyi dəqiqləşib.

Bu barədə “Liverpul” klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 56 yaşlı mütəxəssis cari mövsümün sonunda “Liverpul”dakı karyerasını başa vuracaq.

Məlumatı Yurgen Klopp özü də təsdiq edib.

“Başa düşürəm ki, bunu ilk dəfə eşidənlərin çoxu şok olacaq. Lakin mən hər bir halda qərarımı izah etməyə cəhd göstərəcəyəm. Mən bu klubla bağlı hər şeyi sevirəm, bu şəhərlə bağlı hər şeyi sevirəm, azarkeşlərimizi sevirəm, komandamın heyətində olanları sevirəm. Amma hər halda bu qərarı verməyim o deməkdir ki, mən əminəm ki, bu, mənim verməli olduğum doğru qərardır”, – deyə mütəxəssis qeyd edib.

Y.Klopp “Liverpul”dan getmək qərarını enerjisinin tükənməyi ilə əlaqələndirib.

“İş ondadır ki, enerjim tükənir. Hazırda heç bir problemim yoxdur, əlbəttə ki, nə vaxtsa bunu elan etməli olacağımı bilirdim”, – deyə almaniyalı futbol adamı vurğulayıb.

Mənbə: Liverpoolfc.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir