“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib.
“Yalnız biz ümumi olaraq qəbul edilmiş prinsiplərə əsaslanan sülh sazişini (Azərbaycanla – red.) razılaşdırıb imzalayandan sonra regionda sülh əldə olunacaq”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, saziş üzərində iş hələ də davam edir.
Qey edək ki, Paşinyan cümə günü Tbilisiyə işgüzar səfərə gedib. O, artıq Gürcüstanın baş naziri ilə təkbətək danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər.
Mənbə: TASS
www.102info.az