ABŞ HƏMAS-la şübhəli əlaqələrə görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb

Dünya


ABŞ BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) əməkdaşlarının radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında qeyd olunub ki, ABŞ oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı terror hücumunda UNRWA-nın 12 əməkdaşının əli ola biləcəyi ilə bağlı iddialara görə son dərəcə narahatdır.

“Bu iddialar nəzərdən keçirildiyi və BMT-nin onlara cavab tədbirləri hazırlayıdığı müddət ərzində ABŞ Dövlət Departamenti UNRWA-ya əlavə maliyyə vəsaitinin ayrılmasını müvəqqəti olaraq dayandırır”, – deyə Miller vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir