İsrail səfirliyi: “Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır” – FOTO

Dünya


Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” hesabında Holokost faciəsinin növbəti ildönümü ilə bağlı yazılıb.

“Bu gün, Holokostla bağlı anım günündə biz nasistlər tərəfindən qətlə yetirilən 6.000.000 yəhudi kişi, qadın və uşağın xatirəsini yad edirik. Bütün ailələr bir səbəbdən məhv edildi: onlar yəhudi idilər”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir