Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonunda qaçmağa çalışan məhkum dron vasitəsilə ələ keçirilib.
Narkotik maddə istehsalı və ticarəti ittihamı üzrə 10 il 10 ay həbs cəzası alan məhkum üç saat ərzində tarlalar boyu 10 kilometr məsafəni piyada qaçıb.
Polis qüvvələri şübhəlini piyada, avtomobil və dron vasitəsilə təqib ediblər və nəticədə dronla tutmağa nail olublar.
Saxlanılan məhkum Karaköprü Qapalı Cəza Müəssisəsinə təhvil verilib.
Mənbə: SABAH
www.102info.az