Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri (IDF) indiyədək Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellərinin yalnız 40%-ə qədərini məhv edə bilib.
Məlumata görə, dağıntıların dəqiq həcmini qiymətləndirmək çətindir, çünki heç kim sektorda neçə tunelin çəkildiyini tam əminliklə deyə bilmir.
Bununla belə, yeraltı dəhlizlərin 20-40%-nin zədələndiyi və ya yararsız hala salındığı güman olunur.
Bildirilir ki, tunellərin su ilə doldurulması prosesini bir neçə amil çətinləşdirir. Bunlardan başlıcası girovların həmin tunellərdə saxlanılmasıdır.
Mənbə: TASS
www.102info.az