İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarla hücumla heç bir əlaqəsi yoxdur.
Bu açıqlama ilə İranın BMT-dəki daimi nümayəndəsi çıxış edib.
İranlı diplomat əlavə edib ki, onun bu bəyanatı Vaşinqton administrasiyasının Tehrana qarşı səsləndirdiyi iddialara cavabdır.
Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı İranın nəzarətində olan proksilərin PUA-lardan istifadə edərək bu ölkənin İordaniya-Suriya sərhədində yerləşən hərbi bazasına zərbələr endirildiyini və bu hücum nəticəsində Birləşmiş Ştatların üç hərbçisinin həlak olduğunu və 34 nəfərin yaralandığını bəyan edib.
Mənbə: IRNA
www.102info.az