“İraqın İslam Müqaviməti” adlı hərəkatı ABŞ-nin İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.
Məlumatı ABŞ mətbuatına adının açıqlanmasını istəməyən, amma sözügedən qruplaşmaya birbaşa bağlı olan şəxs verib.
“ABŞ İsraili dəstəkləməyə davam edərsə, eskalasiya davam edəcək. ABŞ-nin regiondakı bütün maraqları qanuni hədəflərdir və biz ABŞ-nin cavab təhdidlərindən narahat deyilik”, – deyə həmin mənbə qeyd edib.
Qeyd edək ki, ABŞ-nin İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücum zamanı üç hərbçi ölüb, 30-dan çoxu yaralanıb.
Mənbə: The Washington Post
www.102info.az