Xorvatiya millisinin futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubuna keçmək məqsədilə bu ölkəyə yollanaraq tibbi müayinədən keçib.
Bu barədə insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, 35 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçidin bir addımlığındadır.
Qeyd edək ki, İvan Rakitiçin sonuncu klubu “Sevilya” olub.
www.102info.az