Rusiya Prezidenti Vladimir Putin seçkiqabağı debatlarda iştirak etməyəcək.
Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident seçkiqabağı debatlarda iştirak etmir”, – deyə Kremlin sözçüsü Putinin müzakirələrdə iştirak etmək planları barədə suala cavab olaraq bildirib.
Peskov Putinin prezidentliyə namizəd sertifikatı alması ilə bağlı sualı seçki qərargahına yönləndirib. “Qərargah var, qərargahın sədri var”, – deyə Peskov bildirib.
Mənbə: TASS
www.102info.az