Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada saxlanılıb

Dünya


Moskvada (Rusiya) polis Rusiyanın ən böyük yağ hasilatı şirkətinin (“Ideal” və “Oleyna” brendləri) sahibi Karen Vanetsyanı saxlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın qardaşı vətənində çirkli pulların yuyulmasında şübhəli bilinir.

Ermənistan və İsveçrə vətəndaşlığı olan 55 yaşlı iş adamı yanvarın 28-i axşam saatlarında saxlanılıb.

Ermənistan prokurorluğu hələ 2018-ci ildə ona qarşı “Vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulması” maddəsi ilə iş açıb, ötən il isə o, axtarışa verilib.

İstintaqın məlumatına görə, Vanetsyan faktiki olaraq Ermənistanın Vatikandakı səfirinə məxsus olan Zəngəzur Mis-Molibden Kombinatının 12,5%-lik payını 15,5 milyon dollara alıb. İddialara görə, sənaye maqnatı bütün qanunsuz əməliyyatlar nəticəsində 35 milyon dollar zənginləşib.

Bir il əvvəl Vanetsyan, həmçinin “Ideal”, “Oleyna” və “Maslenitsa” yağları istehsal edən ABŞ kənd təsərrüfatı treyderi “Bunge”ın Rusiya biznesini də alıb. Sahibkarın sözlərinə görə, o, aktivləri real dəyərinin yarısı qiymətinə alıb. Onun şirkətinin alışdan sonra nizamnamə kapitalı 1,3 milyard rubl (təxminən 24,5 milyon – red.) təşkil edib.

Mənbə: SHOT Telegram kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir