“Vaşinqtonda keçiriləcək NATO sammiti soyuq müharibədən bəri ən irimiqyaslı görüş olacaq”.
Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
“Biz iyul ayında Vaşinqtonda NATO-nun tarixi sammitinə ev sahibliyi etməkdən şərəf duyuruq. Sammit NATO-nun yeni çağırışlara və yeni təhdidlərə uyğunlaşmasını nümayiş etdirəcək”, – deyə Blinken bildirib.
O əlavə edib ki, sammitdə alyansın bu təhdidlərə cavab vermək səylərinə də xüsusi diqqət yetiriləcək.
Blinkenin sözlərinə görə, NATO sammitində alyansın növbəti 75 il üçün perspektivləri müzakirə olunacaq. O qeyd edib ki, NATO müttəfiq ölkələrin müdafiəsi və təhlükəsizliyində əvəzsiz olmaq üçün artıq nələr etdiyini nümayiş etdirəcək.
Qeyd edək ki, Vaşinqtonda keçiriləcək NATO sammiti qurumun 75-ci ildönümünə həsr olunacaq.
Mənbə: Interfaks
www.102info.az