İranda Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsinin Gələkan sərhəd məntəqəsində mina partlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, SEPAH-ın ərazidə yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qeyd olunub ki, minaya düşənlərin hamısı Əfqanıstan vətəndaşları olub. Yaralananlardan birinin isə 10 yaşlı uşaq olduğu bildirilir.
www.102info.az