Borrell: “Aİ hərbi mobilliyin artırılmasına 1,7 milyard avro xərcləyib”

Dünya


“Avropa İttifaqı böyük münaqişə vəziyyətində hərbi qüvvələrin yerdəyişməsi üçün lazım olan hərbi mobilliyin artırılmasına 1,7 milyard avro xərcləyib”.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Belçikanın təşkil etdiyi hərbi mobillik üzrə Avropa forumunda bildirib.

“2018-ci ildən bəri hərbi qüvvələrin mobillik səviyyəsini artırmaq üçün Aİ-nin 21 ölkəsində 95 layihəyə artıq 1,7 milyard avro sərmayə qoyub. Lakin Ukraynadakı münaqişə göstərdi ki, bu kifayət deyil və biz təhlükəsizliyimizi təmin etmək üçün daha çoxunu etməliyik”, – deyə o qeyd edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir