İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Nottingem Forest” “Arsenal”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, oyunda bütün qollar ikinci hissədə vurulub. 65-ci dəqiqədə Jesus qonaqları irəli çıxarıb. 72-ci dəqiqədə Saka fərqi artırıb. 89-cu dəqiqədə isə Avoniyi vurulan qollaqdan birinin əvəzini çıxıb. Lakin ev sahiblərinin bundan artığına gücü çatmayıb və “topçular” matçda sevinən tərəf olublar – 1:2.
Hazırda Premyer Liqada keçirilən 22 matçdan sonra “Arsenal” 46 xalla ikinci pillədə qərarlaşıb. “Notinqem Forest” isə 20 xalla 16-cı yerdədir.
www.102info.az