ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni keçmiş prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb.
Qanunverici 2020-2021-ci illərdə İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Mərakeş və Sudan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmasının (“Abraham Accords”) imzalanmasında göstərdiyi köməyə görə Trampın bu mükafata layiq olduğunu deyib.
Onun sözlərinə görə, Tramp, Yaxın Şərqdə demək olar ki, 30 il ərzində ilk yeni sülh sazişlərinin bağlanmasında mühüm rol oynayıb.
Trampın özü hələ Nobel Sülh mükafatına namizədliyi ilə bağlı xəbəri şərh etməyib.
Mənbə: Fox News
www.102info.az