Yaponiyada istilik elektrik stansiyasında partlayış olub – VİDEO

Dünya


Yaponiyanın Aiçi prefekturasında yerləşən istilik elektrik stansiyasında partlayış baş verib.

Qeyd olunub ki, sözügedən stansiyada enerji istehsal etmək üçün kömür və bioyanacaqdan istifadə olunur.

Hələlik hadisənin səbəbləri və xəsarət alanlar barədə məlumat verilməyib.

Mənbə: Kyodo

www.102info.az