Rusiyada prezidentliyə namizəd seçkidən çəkildi

Dünya


“Rusiya Azadlıq və Ədalət Partiyası”nın təsisçisi Andrey Boqdanov prezidentliyə namizədliyini geri çəkdiyi barədə bəyanat verib.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Nikolay Bulayev məlumat verib.

“İşçi qrupun üzvləri Andrey Vladimiroviç Boqdanovun sənədlərini qəbul etdilər və o, qısa müddət sonra prezidentlik yarışından çıxması barədə bəyanat verdi”, – deyə Bulayev MSK-nın iclasında bildirib.

Boqdanov isə xarici bank hesabı olduğu üçün Rusiyada prezident seçkisindən geri çəkildiyini nəzərə çatdırıb. 

“Bağlamağa çatmadığım xarici hesabım aşkarlandığı üçün seçkidən namizədliyimi geri götürmək barədə bəyanat yazdım”, – deyə Boqdanov jurnalistlərə bildirib.

Rusiya Mərkəzi Seçki Komissiyası, həmçinin Boqdanovun Rusiya prezidentliyinə namizəd statusunu itirdiyini qeyd edib və müvafiq banka xüsusi seçki hesabından maliyyə əməliyyatlarına xitam verilməsi barədə sərəncam göndərilməsini tapşırıb. Komissiya üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir