Avropa İttifaqının (Aİ) hərbi missiyası bu ölkənin hakimiyyət orqanlarının tələbi ilə Nigerdən çıxarılıb.
Bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü sonrası keçirilən mətbuat konfransında bəyan edib.
“Aİ-nin hərbi missiyası Nigerdən çıxarılıb, mülki missiya isə iyun ayına qədər geri çəkiləcək. May ayında hər bir ölkəyə dair Saheldəki vəziyyətlə bağlı ətraflı müzakirə aparmaq niyyətindəyik”, – Borrel bildirib.
Mənbə: TASS
www.102info.az